Azərbaycanda banklararası kreditlər ucuzlaşıb

Bu ilin iyul ayında Azərbaycanda həm manat, həm də dollarda banklararası kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb.

Məlumata görə, orta faiz manatla kreditlərdə illik 10,42%-dən 9,18%-ə, xarici valyutada 10,03%-dən 9,73%-ə enib. 

Manatla kreditlərdə ən yüksək orta faiz dərəcəsi illik 20,62% olmaqla 30-90 günlük, ən aşağı isə illik 3% olmaqla 30 gündədək kreditlərdə qeydə alınıb. Xarici valyutada kreditlərdə isə ən yüksək orta faiz illik 17,22% olmaqla 30-90 günlük, ən aşağı isə illik 1,22% olmaqla 30 günədək kreditlərdə olub. (report)

13.09.2017 13:25 / Baxılıb: 24 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo