Türkiyəli nazir Bakıya gələcək

Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak sabah Azərbaycana gəlir.

Məlumata görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Səfir qeyd edib ki, nazir "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilənin imzalanması mərasimində iştirak edəcək.

2016-cı il dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) AÇG-nin 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini imzalayıblar. Tərəflər həmçinin yataqlar blokunun 2050-ci ilədək işlənməsi üçün niyyət məktubu imzalayıblar.

Razılaşma AÇG-yə irihəcmli sərmayələrə və blokun işlənməsinin davam etdirilməsinə yol açacaq. Hazırda AÇG-də gündəlik neft hasilatı təxminən 620 min barreldir. Tərəfdaşlıq üzrə işləri BP idarə edəcək. (apa)

13.09.2017 12:42 / Baxılıb: 31 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo