"Ərdoğanın Azərbaycana səfərinin tarixi hələlik dəqiqləşməyib"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərinin tarixi hələlik dəqiqləşməyib.

Məlumata görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. 

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ərdoğanın BMT Baş Assambleyasının iclasından sonra Azərbaycana gələcəyini bildirmişdi.

BMT Baş Assambleyasının 72-ci sessiyasının rəsmi açılışı sentyabrın 12-də Nyu-Yorkda keçiriləcək.

Ənənəvi müzakirələrin aparılması isə sentyabrın 19-dan 25-dək nəzərdə tutulur.

Ərdoğan 19-25 sentyabrda keçiriləcək müzakirələrdə iştirak edəcək.

Türkiyə prezidentinin Azərbaycana səfəri sentyabrın 10-11-nə nəzərdə tutulsa da, sonradan təxirə salınmışdı. (apa)

13.09.2017 12:30 / Baxılıb: 46 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo