Uzun ömürlülük siyahısında olan ölkələr hansılardır?

Ləman Hüseynzadə / AZADİNFORM. Avropa İttifaqının uzun ömürlülük siyahısında Aralıq dənizi ölkələri ilk sıralardan birini tutur. 

Azadinform xəbər verir ki, siyahıda ilk yeri orta ömür uzunluğu göstəricisi 83,2 il olan İspaniya tutur. İspaniyada kişilərin orta ömür müddəti 80,2 ilə, qadınlarda isə bu müddət 86,1 ilə qədərdir. 

İkinci yerdə olan digər Aralıq dənizi ölkəsi İtaliyada isə orta ömür müddəti 82,9 ildir. Bu ölkədə kişilərin həyat müddəti 80,3 il, qadınlarınkı isə 85,2 ildir. 

İtaliyadan sonra orta hesabla 82,5 illik ömür uzunluğuna malik Kiprin Yunan Təbəqəsi, ardından isə 82,4 il göstəricisi ilə Fransa gəlir. 

Siyahıya görə, Türkiyədə orta ömür uzunluğu göstəricisi 78 ildir. Bu, Avropa İttifaqının müvafiq indeksə görə olan göstəricisindən kiçikdir. Bu rəqəm kişilərdə 75,3, qadınlarda 80,7 il olaraq hesablanır. 

Litva, Latviya və Estoniyadan ibarət Baltik ölkələri isə Aİ daxilində qısa ömür müddəti ilə son sıralarda yer alırlar.

13.09.2017 11:54 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo