"Azərişıq" Mərkəzi Aranda genişmiqyaslı yenidənqurma həyata keçirir

Eşqin Nuruşov/AZADİNFORM. “Azərişıq” ASC Mərkəzi Aran regionunda genişmiqyaslı təmir-tikinti və yenidənqurma işləri həyata keçirir.

“Azərişıq”dan Azadinform-a verilən məlumata görə, Mingəçevir və Naftalan şəhərləri, Ağdaş, Ağsu, Yevlax, Bərdə, Kürdəmir, Göyçay, Goranboy, Tərtər, Ucar rayonlarının daxil olduğu “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsində (RETSİ) 261 min abonentə və bununla da milyondan artıq əhaliyə xidmət göstərilir.

Mərkəzi Aran RETSİ-nin xidməti ərazisində 9 ədəd 110 kv-luq və 55 ədəd 35 kv-luq yarımstansiyalarda əsaslı təmir işləri aparılıb, Ağsu və Goranboyda 3 ədəd 110/35/10 kV-luq və 7 ədəd 35 kV-luq yeni yarımstansiyalar inşa edilib və istismara verilib. Hazırda “Azərişıq” ASC-nin daxili vəsaiti hesabına daha 2 yeni yarımstansiya tikilir.

Mərkəzi Aran rayonlarında 756 ədəd yüksək gərginlikli, 65.000 ədəd isə aşağı və orta gərginlikli elektrik dayaqları dəyişdirilib. Paralel olaraq 162 km yüksək gərginlikli, 10-0,4 kV-luq 670 km hava xətləri tikilib, həmçinin 2900 km ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər ) çəkilib.

Mingəçevir şəhərində, Ağsu, Ucar, Yevlax, Tərtər və Goranboy rayonlarında müasir standartlara cavab verən yeni ofis binaları inşa edilib, elektrik şəbəkələrinin tamamilə yenidən qurulması və avtomat idarə edilməsi üçün bütün şərait yaradılıb, işçilərin səmərəli fəaliyyəti üçün elektroenergetika sahəsinin avadanlıqları ilə bərabər, kompüter texnikası və sürətli internet var. Burada nəzarət-monitorinq, avtomat idarəetmə kabinetləri, həmçinin enerji satışı, qəza və müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb.

13.09.2017 12:00 / Baxılıb: 41 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.11.2017
21.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo