5 şəhərdə bomba həyəcanı - Sakinlər təxliyə edilib

Rusiyanın Çita şəhərində Zabaykalye vilayət inzibati binasına bomba qoyulması barədə məlumat verilib.

Məlumata görə, bununla əlaqədar olaraq binada olan əməkdaşlar təxliyə edilib.

Bundan başqa, analoji zənglərlə əlaqədar Çitada bir neçə ticarət mərkəzi və vağzal binası təxliyə edilib.

Eyni hadisələrin Rusiyanın daha dörd şəhərində qeydə alındığı bildirilib.

Saratov şəhərində inzibati bina təhdid zəngi ilə əlaqədar boşaldılıb.

Yakutskda şəhər administrasiya binasından və hava limanından insanlar təxliyə edilib. Permdə məktəb və gimnaziyalar, Yujno-Saxalinskdə vağzal və ticarət mərkəzlərinə bomba qoyulması barədə zənglər daxil edilib.

Hazırda bu hadisələrlə bağlı araşdırmalar aparılır. (trend)

13.09.2017 11:47 / Baxılıb: 34 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo