Ermənistanın strateji partnyoru uğursuz sevgili rolunu oynayır

Leyla Məhərrəmova / AZADİNFORM. Rusiyanın özünü “uğursuz sevgili” kimi aparmasına və “evi tərk” etməməsi, NATO-nun Gürcüstanda keçirdiyi hərbi təlimlərə qatılmaması, Çinlə silah ticarətinə getməməsi üçün Ermənistanı izləməsinə baxmayaraq, Ermənistanın müdafiə nazirinin birinci müavini Artak Zakaryan Vaşinqtonda NATO-nun yüksək səviyyəli konfransına qatılıb. 

Azadinform xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. 

Bildirilir ki, NATO-ya üzv dövlətlərin, eləcə də NATO ilə yaxın münasibətdə olan dövlətlərin, Gürcüstanın müdafiə nazirləri və onların müavinləri bu tədbirdə iştirak edir. 

Qəzet əlavə edib ki, indi də Ermənistanın “strateji partnyoru” olan Rusiyanın bu məsələyə reaksiyasını gözləyək.

13.09.2017 11:23 / Baxılıb: 161 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
25.11.2017
24.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo