Millimiz Belarusla yoxlama oyunu keçirəcək

Eşqin Nuruşov/AZADİNFORM. Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Belarusla yoxlama matçı keçirəcək. 

Azadinform xəbər verir ki, Avropa çempionatına hazırlaşan Faiq Qarayevin yetirmələri rəqiblə Bakıda üz-üzə gələcək.

Belə ki, belaruslular sentyabrın 16-da paytaxtımıza gələcəklər. Komandalar arasında 2 matçın oynanılması planlaşdırılır. Bu qarşılaşmalardan sonra rəqib Tiflisə yollanacaq və Avro-2017-in qrup mərhələsində çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi Avro-2017 sentyabrın 22-də başlayacaq.

13.09.2017 11:18 / Baxılıb: 35 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo