Azərbaycan və Türkiyə nazirlərinin görüşü gözlənilir

Eşqin Nuruşov/AZADİNFORM. Azərbaycan və Türkiyə turizm sahəsində əlaqələrin inkişafı perspektivlərini müzakirə edəcəklər.

Azadinform xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Bu müzakirələr bu gün Çində keçirilən Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının XXII iclası çərçivəsində Türkiyə və Azərbaycanın mədəniyyət və turizm nazirləri Numan Kurtulmuş və Əbülfəs Qarayevin gözlənilən görüşündə aparılacaq.

13.09.2017 11:00 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo