Yerevanın regiondakı düşmənçilik siyasəti Türkiyə - Moskva münasibətlərini poza bilər

Leyla Məhərrəmova / AZADİNFORM. “2017-ci ilin əvvəlində Ankara Moskva ilə əməkdaşlığını və hərbi partnyorluğunu inkişaf etdirməyə başladı. Rəcəb Tayyib Ərdoğan baş nazir kimi fəaliyyət göstərdiyi vaxtlarda və eləcə də prezidentliyi dövründə ən yaxşı qərarlardan birini verib, Rusiya ilə strateji partnyorluğu inkişaf etdirib”. 

Bu fikirləri Azadinform-a ABŞ-dan olan siyasi ekspert Peter Tase bildirib. O qeyd edib ki, hazırda Ankara ilə Vaşinqton arasında münasibətlər xoşagəlməzdir. 

Ekspert vurğulayıb ki, Türkiyə NATO-nun uzunmüddətli üzvü olmasına baxmayaraq,  Moskva ilə münasibətləri daha da yaxşılaşdırmaq üçün addımlar atıb: “Lakin Qərbi Avropanın, ABŞ-ın Rusiya ilə münasibətləri çox aşağı səviyyədədir”. 

Həmçinin Türkiyənin  Rusiyadan S-400 raketləri almasına münasibətində ekspert qeyd edib ki, Türkiyə bununla alyansla bağlanmış müqavilələrdən heç birini pozmayıb. 

Regiondakı vəziyyətə  gəlincə, P.Tase bildirib ki, Ermənistan “İskəndər” raketləri ilə Azərbaycanı təhdid etməkdədir: “Hesab edirəm ki, Yerevanın Cənubi Qafqazda düşmənçilik siyasətinin nəticəsi olaraq Türkiyə - Moskva münasibətləri pozula bilər”.

13.09.2017 10:48 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo