Avtomobildə mobil telefonlar aşkarlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkəyə qanunsuz yolla telefon gətirilməsinin qarşısını alıblar. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, idarənin "Sınıq Körpü" postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, həmin nəqliyyat vasitəsində 2 ədəd "Samsung Galaxy J5-6" və 2 ədəd "Samsung Galaxy Grand Prime+" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

13.09.2017 10:40 / Baxılıb: 40 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo