Donald Tramp ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini birliyə çağırıb

ABŞ prezidenti Donald Tramp BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl Nahayanla telefon danışığı zamanı Qətər ətrafındakı böhranı müzakirə edib.

Məlumata görə, Prezident ABŞ-ın regiondakı tərəfdaşlarının birliyinin əhəmiyyətini vurğulayıb, terrora qarşı mübarizədə terror qruplaşmalarının maliyyələşdirilməsinin, ekstremizm ideologiyasının yayılmasının qarşısını almaqda səyləri əsirgəməməyə çağırıb.

Qeyd edək ki, iyunun 5-də regionda diplomatik qalmaqal başlayıb. Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Qətəri terrorçuluğu və terror qruplaşmalarını dəstəkləməkdə günahlandıraraq diplomatik münasibətləri dayandırıblar. (apa)

13.09.2017 09:15 / Baxılıb: 44 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo