Qurban Qurbanov: "Çempionlar Liqası bizim üçün yenidir"

“Səhvlərimiz Çempionlar Liqasında ilk oyunumuzun olmağı ilə bağlıdır”.

Məlumata görə, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Çelsi" ilə oyunu şərh edərkən deyib.

Q. Qurbanov Çempionlar Liqasının qalibi olmağa namizəd bir komanda ilə oynadıqlarını bildirib:

“Çelsi”nin gücü hər kəsə məlumdur. Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuzun olmağı ilə bağlıdır. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir.

“Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik".

Baş məşqçi “Çelsi” və Antonio Konteni də qələbə münasibətilə təbrik edib. (trend)

13.09.2017 09:00 / Baxılıb: 39 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo