Rusiyanın müdafiə naziri Bəşər Əsədlə görüşüb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Dəməşqə işgüzar səfəri çərçivəsində Suriya prezidenti Bəşər Əsədlə görüşüb. 

Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.  

“Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə sentyabrın 12-də Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Dəməşqə işgüzar səfər edərək, Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparıb”, - deyə məlumatda bildirilir.  

Görüş zamanı tərəflər iki ölkə arasında hərbi-texniki əməkdaşlığı və Suriyadakı vəziyyətin sabitləşdirilməsini müzakirə ediblər. (apa)

13.09.2017 09:05 / Baxılıb: 39 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo