Nazirliyin hərracında tələb təklifi 4 dəfə üstələyib

Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 20 mln. manat həcmində, 182 gün tədavül müddətli olan dövlət qısamüddətli istiqrazlarının (DQİ, AZ0102023543) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Azadinform bu barədə birjaya istinadən xəbər verir.

Hərrac zamanı 11 investor tərəfindən qiyməti 96,4142 manat olan 21 sifariş təqdim edilib.

Emitentin qərarı ilə, istiqrazların kəsmə qiyməti 96,4142 manat (7,4999%), orta ölçülmüş qiyməti 96,4142 AZN (7,4999%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 76 618 600 manat, yerləşdirilmiş həcmi isə 20 mln. manat təşkil edib. Beləliklə, hərracda tələb təklifi 3,8 dəfə üstələyib. İstiqrazların ödəmə tarixi 13 mart 2018-ci ildir. 

12.09.2017 23:56 / Baxılıb: 43 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2017
    23.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo