26 yaşlı velosipedçini vuram sürücü hadisə yerindən qaçıb

Yevlax rayonunda 26 yaşlı velosipedçini avtomobil vurub. 

Hadisə bu gün axşam saatlarında Yevlax şəhərində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü, əslən Daşkəsən rayonundan olan Ağasəlim Səlman oğlu Mülan velosipedlə hərəkətdə olarkən naməlum avtomobil tərəfindən vurulub. Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. Ağasəlim Mülan valideynləri tərəfindən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

12.09.2017 22:07 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo