"Çelsi" klubu yeni oyun formalarını təqdim edib

İngiltərənin "Çelsi" klubu 2017-2018 mövsümü üçün yeni üçüncü dəst geyimlərini təqdim edib. 

Azadinform-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tünd göy rəngli forma komufulyaj dizaynı ilə işlənilib.

Yeni geyim dəsti ilə ilk sınaq sentyabrın 27-də "Çelsi"nin İspaniya "Atletiko"su ilə Madriddə keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin II tur matçına təsadüf edəcək. 

Qeyd edək ki, "Çelsi" ilk turda "Qarabağ"la qarşılaşacaq. Bu gün Londondakı "Stemford Bric" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. 

12.09.2017 21:48 / Baxılıb: 129 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo