Türkiyə pomidorlarının Rusiyaya ixracı mümkün ola bilər

Rusiya Kənd Təsərrüfatı Nazirliyi və Fitosanitariya və Baytarlığa Nəzarət Federal Xidməti (RFBNFX) Türkiyə pomidorlarının idxalının qismən bərpa edilməsi imkanlarını nəzərdən keçirir.

Azadinform-un "Kommersant"a istinadən verdiyi məlumata görə, bunu parnik məhsulları üzrə ixtisaslaşmış nəhəng şirkətin meneceri bildirib.

Məlumata görə, bu tərəvəz məhsullarının tədarükünü 2017-ci ilin oktyabr ayından etibarən RFBNFX-də qeydiyyatdan keçmiş bir neçə türk şirkəti həyata keçirə biləcək. Məhsulun tədarükü 2018-ci ilin aprel-may aylarınadək davam edəcək. Türkiyə pomidorlarının tədarükü ilə bağlı müqavilələr, əsasən, ticarət dövriyyəsinə görə Rusiyanın ikinci məhsul riteyleri - "Maqnit"lə müzakirə edilir.

Xatırladaq ki, Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalına Rusiya 2016-cı ilin 1 yanvar tarixində - türkiyəli hərbçilər Rusiyaya məxsus "Su-24" təyyarəsini vurduqdan sonra embarqo qoyulub.

12.09.2017 20:54 / Baxılıb: 42 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2017
    23.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo