Azərbaycan bu il 225 mln. dollarlıq neft məhsulları ixrac edib

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 583,653 min ton həcmində neft məhsulları ixrac edib.

Azadinform-un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda neft məhsullarının dəyəri 224,906 mln. dollar təşkil edib.

Hesabat dövründə ixrac olunan neft məhsullarının miqdarı ötən ilin müvafiq dövründən 41%, dəyəri isə 5% az olub.

Neft məhsulları bu ilin ilk 8 ayında Azərbaycanın ümumi ixracının 3,11%-ni təşkil edib.

12.09.2017 20:23 / Baxılıb: 80 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo