Prezident İlham Əliyev qaydaları təsdiqlədi

AZADİNFORM. Prezident İlham Əliyev “Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Azadinform-un məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin, fərmandan irəli gələn digər məsələləri həll etsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bəzi normativ hüquqi aktları bir ay müddətində təsdiq edib, onların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə prezidentə məlumat verməlidir.

12.09.2017 19:43 / Baxılıb: 33 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo