Fransada etiraz aksiyaları keçirilib

Parisdə etiraz aksiyası keçirilib.

Azadinform-un RİA "Novosti”-ə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları əmək qanunvericiliyinə təklif olunan dəyişikliklərə etirazlarını bildirirlər.

On minlərlə insan Bastiliya meydanından İtaliya meydanına doğru irəliləyib.

Aksiyaçılarla hüquq-mühafizə orqanları arasında qarşıdurma yaşanıb.

Məlumata görə, polislər aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər. 

Bu gün Fransanın Marsel, Kan, Monpelye, Bordo, Lion və digər şəhərlərində də etiraz mitinq-yürüşləri keçirilib.

Növbəti kütləvi aksiya sentyabrın 21-nə planlaşdırılır.

12.09.2017 19:57 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo