Sabah Sumqayıtda qaz olmayacaq

Samir Soltanov/AZADİNFORM. Orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması və qaz xətti üzərində quraşdırılan siyirtmənin təmiri ilə əlaqədar, 13 sentrabr 2017-cı il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. 

“Azəriqaz” İB-dən Azadinform-a verilən məlumata görə, aparılan təmir işlərinin Binəqədi rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür. 

“Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcəkdir və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir”, - deyə məlumatda vurğulanıb.

12.09.2017 18:55 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo