TAP-ın Yunanıstan və Albaniya hissəsinin 30 faizi əvvəlki vəziyyətinə gətirilib

Samir Soltanov/AZADİNFRM. “Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 30 faizi əvvəlki vəziyyətinə gətirilib”. 

Azadinform xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, Yunanıstan və Albaniyada boru kəməri marşrutu boyunca 232 kilometr sahə əvvəlki vəziyyətinə gətirilib. 

Qeyd edək ki, TAP qaz boru kəməri layihəsinin 50 faizdən çoxu icra edilib. Boru kəmərinin tikintisi işlərinə başlanılandan ötən təxminən 16 ay ərzində layihə üzrə 16 milyon adam/saat iş görülüb. TAP-ın 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində boru kəməri marşrutunun təxminən 539 kilometri, yəni 70 faizi təmizlənib. Qaynaq edilən boruların 45 faizdən çoxu döşənib.

12.09.2017 18:30 / Baxılıb: 32 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2017
    23.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo