Dialoq nə qədər çox olsa, Dağlıq Qarabağ münaqişəsinin səmərəli həll yolu tapılacaq

Leyla Məhərrəmova/AZADİNFORM. “Müzakirə edilən mövzunun əlverişli həllinə yönələn istənilən dialoq növü qəbulediləndir”. 

Azadinform armenpress-ə istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Jen François Çarpentier deyib. O qeyd edib ki, dialoq nə qədər çox olsa, Dağlıq Qarabağ  münaqişəsinin səmərəli həll yolu tapılacaq. Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin Moskva görüşünə münasibət bildirən səfir deyib: “Bütün Rusiyanın patriarxının “doğru yola aparan vasitə problemin həllinə kömək edəcək” ideyası   mükəmməl idi”. 

Səfir əlavə edib ki, ATƏT-in Minsk qrupuna həmsədr dövlətlərdən hansının görüş təşəbbüsü irəli sürməsinin fərqi yoxdur, əsas dialoqun olmasıdır.

12.09.2017 17:02 / Baxılıb: 47 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo