Heç kimin Türkiyəyə kimdən silah alacağını əmr etməyə haqqı yoxdur

Leyla Məhərrəmova/AZADİNFORM. “NATO-nun Türkiyə ictimaiyyəti tərəfindən qəbul edilməsində dəyişiklik var. Xüsusilə də 15 iyul çevriliş cəhdinin buna təsiri böyükdür”. 

Bu fikirləri Azadinform-a türkiyəli siyasi ekspert Çağatay Balcı deyib. O qeyd edib ki,  bu çevriliş cəhdinə ABŞ-ın dəstək verməsi,  sonradan da ABŞ və NATO-nun Türkiyəyə heç bir dəstək verməməsi bu nəticəni ortaya çıxardı: “İctimaiyyətin bu cür münasibəti təbii olaraq siyasətə də yansıyır”. 

Ekspert deyib ki, Türkiyə artıq soyuq müharibə zamanında  olduğu kimi klassik bir NATO üzvü deyil: “Türkiyə istədiyi ölkə ilə istədiyi münasibəti qura biləcək iradəyə sahibdir. ABŞ-NATO blokunun əsas reaksiyası bu olmalıdır  ki,  Türkiyə öz qərarlarını özü verə biləcək vəziyyətdədir”. 

Balcı bildirib ki, Rusiyadan S-400 raketlərinin alınması məsələsi də bunun əksidir: “Artıq heç kimin Türkiyəyə kimdən silah alacağını əmr etməyə haqqı yoxdur”.

12.09.2017 15:46 / Baxılıb: 209 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo