Azercell müştəriləri arasında I Futbol Turnirinə start verir

Samir Soltanov/AZADİNFORM. Azercell Telekom öz korporativ abunəçiləri üçün maraqlı və faydalı bir təşəbbüslə çıxış etdi. 

Şirkətdən Azadinform-a verilən məlumata görə, lider mobil operator Azercell Kuboku uğrunda Korporativ Müştərilər arasında I Futbol Turnirinə başlayıb. Sentyabrın 8-də çempionatda iştirak edəcək komandaların nümayəndələrinin də iştirak etdiyi mərasimdə Turnirinin püşkatma mərasimi keçirilib və turnirin reqlamenti açıqlanıb. Beləliklə, 12 komandadan ibarət çempionat qrup mərhələsindən (yəni 5 oyundan), 14 final, yarımfinal və final oyunlarından ibarət olacaq. 

Oyunlar 11 sentyabrdan etibarən bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və cümə günləri saat 19:00-da Azercell Telekomun baş ofisinin futbol meydançasında keçiriləcək. Gündə 3 oyunun keçirilməsi planlaşdırılan turnir 1 ay ərzində davam edəcək.  Turnirdə Kapital Bank, North West Construction, Xəzər Media, Unibank, Sumqayıt Texnologiyalar Parkı, Gilan Holding, TOPAZ, Azərtexnolayn, Azeri M-İ, AA Services, Coca-Cola kimi nüfuzlu şirkətlərin nümayəndələri iştirak edir. 

12.09.2017 15:20 / Baxılıb: 142 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo