Hədəfimiz Çempionlar Liqasının qalibi olmaqdır

Samir Soltanov/AZADİNFORM. "Keçmiş haqda düşünmürük. Çünki keçmiş geridə qalıb. Bizim üçün yeni yürüş başlayır və tam hazırıq”. 

Azadinform xəbər verir ki, bunu “Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Roma" ilə oyun öncəsi UEFA-nın saytına bildirib. O qeyd edib ki, "Roma" əla komandadır, onlar estetik, gözəl futbol oynamağı sevir: “Onlar cinahlardan yaxşı hücum edir. Bu komandanın heyətində texnikalı futbolçular cəmləşib”. 

Argentinalı mütəxəssis vurğulayıb ki, hədəfləri Çempionlar Liqasının qalibi olmaqdır: “Atletiko”nun gələcəyinə inanıram. Bizim hədəfimiz var. Qarşımıza Çempionlar Liqası qazanmaq tapşırığı qoymuşuq”. 

Qeyd edək ki, “Roma” – “Atletiko” oyunu bu gün Bakı vaxtı ilə 22:45-də başlayacaq.

12.09.2017 14:30 / Baxılıb: 37 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo