Türkmənistandan Azərbaycana gələn gəmidə terrorun qarşısı alınıb 2 qardaş saxlanılıb

Avqustun 28-də Türkmənistanın xüsusi xidmət orqanları tərəfindən Türkmənbaşı şəhərinin limanında terror aktının qarşısı alınıb. 

Məlumata görə, Türkmənistan vətəndaşı olan iki qardaş (ad və soyadları açıqlanmır) Türkmənbaşı-Bakı reysini yerinə yetirən "Bəxtiyar" adlı yük-sərnişin bərəsinə partlayıcı qurğu keçirməyə cəhd edib. Bildirilir ki, qardaşlar müxtəlif yerlərə bilet alıb, partlayıcı qurğunu isə hissələr şəkilində ayrı-ayrılıqda keçirərək göyərtədə yığmağı planlaşdırıblar. Məlumata görə, həmin gün bərədə 170-ə yaxın sərnişin, Türkiyə şirkətinə məxsus yük avtomobilləri və həmin şirkətin heyəti olub. 

Qeyd edilir ki, xüsusi xidmət orqanları terror aktının törədiləcəyindən əvvəlcədən xəbər tutub. (apa)

12.09.2017 13:01 / Baxılıb: 28 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo