Birləşmiş Krallıq Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir

Leyla Məhərrəmova/AZADİNFORM. “Birləşmiş Krallıq  ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn səylərini dəstəkləyir”. 

Azadinform-un məlumatına görə, bunu Birləşmiş Krallığın Ermənistandakı səfiri Cudih Fernvors bildirib. 

Diplomat deyib ki,  ötən illər ərzində ölkəsi münaqişə tərəflərinin görüşməsi və  davamlı sülhə nail olmasına imkan yaradan proqramları dəstəkləyib: “Avropa İttifaqının öz proqramı vasitəsilə bu prosesi davam etdirməsini də alqışlayırıq”. 

O əlavə edib ki, səfirlik münaqişənin sülh yolu ilə həlli üçün irəli sürülən təşəbbüsləri dəstəkləməyə və Ermənistanda, eləcə də regionda təhlükəsizlik səviyyəsinin inkişafına kömək etməyə hazırdır.

12.09.2017 12:36 / Baxılıb: 41 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo