Siyəzən və Bərdə sakinin evində narkotik aşkarlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Siyəzən və Bərdə sakinində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakini, əvvəllər məhkum olunmuş Şəmsi Məlikovun evinə baxış zamanı 2 kiloqram 641, 801 qram marixuana, Bərdə RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə isə Xanərəb kənd sakini Samir Mirzəliyevdən 41,48 qram, yaşadığı evdən 1 kiloqram 210 qram marixuana aşkar edilərək götürülüb.

12.09.2017 12:42 / Baxılıb: 41 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo