Sumqayıt sakinini döyərək silahla hədələyən şəxslər tutulub

Eşqin Nuruşov/AZADİNFORM. Sumqayıt sakinini döyərək silahla hədələyən şəxslər tutulub.  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Sumqayıt  ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb və tapança ilə hədələyiblər.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri Anar Tağızadə və Qabil Əliyev tutulublar.

A.Tağızadədən 1 ədəd idman və 1 ədəd pnevmatik tapança götürülüb.

12.09.2017 12:15 / Baxılıb: 35 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo