"Xələc həbsxanası"nda əsgər yoldaşını güllələyən şəxs həbs edilib

Samir Soltanov/AZADİNFORM. Salyanda həbsxanada baş vermiş silahlı insidentlə bağlı cinayət işi başlanıb. 

Respublika Hərbi Prokurorluğundan Azadinform-a verilən məlumata görə, sentyabrın 10-da saat 05:30 radələrində Mühafizə Alayının Salyan rayonu ərazisində yerləşən bölüyünün kiçik çavuşu Əmrah Müftəliyevin mübahisə zəminində əsgər yoldaşı Əyyam Əyyubluya qarşı avtomat silahdan atəş açaraq ona xəsarətlər yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb və Ə. Müftəliyev şübhəli şəxs qismində tutulub. 

Hazırda iş üzrə zəruri istintaq hərəkətlərinin icrası davam etdirilir.   

Qeyd edək ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Salyan rayonun Yenikənd kəndində yerləşən, "Xələc həbsxanası" kimi tanınan 5 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə xidmət edən Ağstafa rayon sakini, 19 yaşlı Əyyam Mamay oğlu Əyyublu güllə yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

12.09.2017 11:00 / Baxılıb: 28 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo