Günel Səfərova: "ATƏT yalnız Şərqə baxır, Qərbi görmür"

Samir Soltanov/AZADİNFORM. "Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova ATƏT-in Varşavada keçirilən İnsan hüquq və azadlıqlarına həsr olunan toplantısında çıxış edib. 

Azadinform çıxışı diqqətinizə çatdırır: “Tədbirdə məndən əvvəl çıxış edənlər söz azadlığının fundamental insan hüququ olduğunu vurğuladılar və müstəqil mass media haqqında kifayət qədər danışıldı. Azərbaycana qarşı saxta məlumatlar istusna olmaqla deyilən fikirlərin bir çoxu ilə razıyam. Qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazisi olan Qarabağa ATƏT-ə üzv ölkələrdən 120 jurnalist qanunsuz səfər edib. Maraqlıdır hansı maliyyə vəsaiti ilə və Azərbaycan dövlətindən icazə almadan bu necə olur? Əgər jurnalist təhlükəsizliyindən danışılırsa, erməni silahlı qüvvələri 5 jurnalistimizi öldürüb və əlbəttə onların adı xarici hesabatlarda olmayacaq. Dinc sakinlərin öz evlərində ermənilər tərəfindən öldürülməsi faktı varsa, jurnalist təhlükəsizliyindən necə danışmaq olar? 

2 yaşlı Zəhra və nənəsi öz evlərində ermənilər tərəfindən öldürüldü. Məncə, ATƏT yalnız Şərqə baxır, başını qaldırıb Qərbi görmür. Qərbdə ksenofobia, dini ayrıseçkilik və miqrantlara qarşı sərt davranışı kimsə görmür. Əgər biz problemləri konstruktiv yolla həll etmək istəyiriksə, ikili standartlardan qaçmalıyıq". 

Çıxış ermənilərə təsir etdiyindən, onların nümayəndəsi replika atıb: "Beş jurnalistin ölümü normaldır. Siz hakimiyyəti dəstəkləyirsiniz". 

Günel Səfərova cavab replikasında, "çıxışımda yalnız ermənilərin qanun pozuntusundan danışdım. Həqiqəti söyləmək sizi ifşadı", - deyib.

12.09.2017 10:50 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2017
    23.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo