Biz də hücum etməkdən çəkinməyəcəyik

Samir Soltanov/AZADİNFORM. "Çelsi" ilə oyunda hücum etməkdən çəkinməyəcəyik. 

Azadinform xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib. Q. Qurbanovun sözlərinə görə, "Çelsi" dünyanın ən güclü klublarından biridir və bu mövsüm Çempionlar Liqasının qalibi olmağa namizəddir: "İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdür. “Çelsi”nin baş məşqçisi də dünyanın ən güclü məşqçilərindəndir. Bilirik ki, ilk dəqiqələrdən rəqib bizi müdafiəyə oturtmağa cəhd edəcək. Lakin biz də hücum etməkdən çəkinməyəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Rəqibin heyətində hər hansı bir futbolçunu fərqləndirməyim düzgün deyil. Rəqibdə ehtiyat oyunçu anlayışı yoxdur, meydana kim çıxırsa “Çelsi”ni təmsil edir". 

Ağdam təmsilçisinin çalışdırıcısı bildirib ki, Antonio Konte çox ambisiyalı məşqçidir: "İnanmıram ki, o, hansısa oyuna məqsədsiz şəkildə çıxsın. Çelsi"nin heyəti güclü futbolçulardan ibarətdir və rəqibdən asılı olmayaraq, onlar qələbə üçün meydana çıxacaq". 

Qeyd edək ki, bu gün UEFA Çempionlar Liqasında "Qarabağ" Londonda "Çelsi"nin qonağı olacaq.

12.09.2017 10:18 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo