Daxili orqanında narkotik vasitə aşkarlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Biləsuvar Gömrük İdarəsinin əməkdaşları ölkəyə narkotik vasitə keçirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Baxış zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) 2 ədəd bükümdə xalis çəkisi 77,393 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

12.09.2017 09:55 / Baxılıb: 38 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo