Bergüzar Korel bu sürpriz qarşısında ağladı

35 yaşı tamam olan məşhur aktrisa Bergüzar Korelin fanatları ona sürpriz ediblər.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Bergüzar Korel Universal Fan Club” onun adına İzmirdə sənət mərkəzi açdırıb.

Mərkəzinin açılışına anası Hülya Darcan ilə Karaburuna gedən Bergüzar bu jest qarşısında göz yaşlarını tuta bilməyib.

O, fan klub üzvlərinə xoşbəxt olduğunu bildirib:

"Bu günə qədər adıma bir kitabxana tikdiniz, ağaclar əkdiniz, Afrikada yoldaşımın və oğlumun adına quyu qazdınız, indi də bir sənət mərkəzi açmısınız. Mən nə etdim ki, doğum günümdə belə gözəl hədiyyələr alıram? Artıq deməyə söz tapmıram. Məni xoşbəxt etdiyiniz kimi, xoşbəxt olun. Yaxşı ki, varsınız”.

11.09.2017 23:46 / Baxılıb: 139 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo