Zaqatalada sahibsiz it yeniyetməni dişləyib

Zaqatalada sahibsiz it 13 yaşlı yeniyetməni dişləyib.

Rayonun Lahıc kənd sakini, 2004-cü il təvəllüdlü Taleh Mustafa oğlu Əliyev it dişləməsi xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.

T. Əliyevi yaşadığı kəndin ərazisində, quduzluğa tutulması ehtimal edilən sahibsiz it hər iki ayağının bud nahiyəsindən dişləyib. Yeniyetməyə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. (apa)

11.09.2017 23:11 / Baxılıb: 76 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo