"İsrail Aleksandr Lapşinin əfv edilməsinə dair qərarı alqışlayır"

İsrail Xarici İşlər NazirliyiAzərbaycanın bloqqer Aleksandr Lapşinin əfv edilməsinə dair qərarını alqışlayır.

Bunu İsrail XİN-in mətbuat katibi Emmanuel Nahşon bildirib.

“Azərbaycan prezidentinin Aleksandr Lapşinin əfv edilməsinə dair qərarını alqışlayırıq. Onu tezliklə İsraildə görməyə şad olacağıq", deyə mətbuat katibi bildirib.

Onun sözlərinə görə,  həbsdə olduğu müddət ərzində İsrail diplomatları A.Lapşinə müvafiq dəstək göstəriblər. (apa)

11.09.2017 21:48 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo