Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşüb

AZADİNFORM. Sentyabrın 11-də Tel-Əviv şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri cənab Aviqdor Liberman arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, protokola uyğun olaraq İsrail Müdafiə nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və Dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü baş tutub.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

11.09.2017 21:09 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo