Goranboyda yük maşını aşıb, xəsarət alan var

Goranboy rayonunda yük maşını aşıb.

Hadisə Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Tovuz rayon sakini, 1959-cu il təvəllüdlü Asif Qasım oğlu Qasımzadə idarə etdiyi "QAZel" markalı avtomobili aşırıb. Nəticədə sürücünün qolu maşının altında qalaraq ağır xəsarət alıb. İlkin ehtimala görə, hadisəyə yorğun halda olan sürücünün sükan arxasında yatması səbəb olub.

Qeyd edək ki, maşının yük yerində 10 kisəyə yaxın kartof olub.

Faktla bağlı araşdırma aparılır. (report)

11.09.2017 20:27 / Baxılıb: 40 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo