Qalada ağır yol qəzası - ölən və yaralananlar var

Eşqin Nuruşov/AZADİNFORM. Xəzər rayonunun Qala qəsəbəsi ərazisində 1 nəfərin ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, ötən gün saat 15 radələrində sözügedən ərazidə Bakı şəhər sakinləri Ələddin Şovqatovun idarə etdiyi “VAZ-2106” və Rac Əliyevin idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub.

Qəzanın baş verməsi nəticəsində Ə. Şovqatovun sərnişinlərindən nəvəsi Müsab hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə R. Əliyev xəstəxanaya yerləşdiriliblər.

Xəzər RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

11.09.2017 18:40 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo