Politoloq: Təl-Əviv gözəl anlayır ki, Azərbaycan heç bir ölkəyə təhdid törətmir

Leyla Məhərrəmova/AZADİNFORM. “Azərbaycanla İsrail arasında hərbi-texniki sahədəki əməkdaşlıq mühüm amil olmaqla bərabər qarşılıqlı anlaşmanın təzahürünə çevrilir”. Bu fikri Azadinform-a politoloq Tofiq Abbasov müdafiə naziri Zakir Həsənovun İsrailə rəsmi səfərindən danışarkən bildirib. 

Onun sözlərinə görə, iki dövlət arasında əlaqələr neçə illərdir davam edir: “Bu əlaqələrdən hər iki tərəf bəhrələnir. Bir halda ki, münasibətlər faydalıdır, onlardan imtina etmək yox, inkişaf etdirmək daha lüzumludur”.

Politoloq əlavə edib ki, məhz bu məntiq ikitərəfli münasibətlərdə başlıca rol oynayır. T.Abbasovun fikrincə,  Bakı və Təl-Əviv əlaqələri şaxələndirmək yolunda həmahəng mövqedən çıxış edirlər:  “Təl-Əviv gözəl anlayır ki, Azərbaycan heç  bir ölkəyə təhdid törətmir və ölkə öz ərazi bütövlüyünü bərpa etmək niyyətindədir. Ona görə də İsraildə istehsal olunan ən müasir silahlar və mütərəqqi texnologiya Azərbaycana satılır”. 

Politoloq hesab edir ki, qonşu dövlətlər bundan narahat olmalı deyil: “Çünki Azərbaycan qonşuluq siyasətinə sadiqdir. Buna görə də Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Təl-Əvivə səfəri ikitərəfli münasibətlərin inkişafına təkan verməklə risk və təhdidlərin artmasına dəlalət etməyəcək”.


 

11.09.2017 17:25 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo