FHN Sabirabadda baş verən qəza barədə məlumat yayıb

Eşqin Nuruşov/AZADİNFORM. Sabirabadda “FORD” markalı sərnişin avtobusu qəza törədib.

Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, rayonun, Qalağayın kəndində “FORD” markalı sərnişin avtobusunun idarəetməni itirərək yol kənarındakı beton dirəyə çırpılması nəticəsində yol nəqliyyat qəzası baş verib.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtobusda sıxılmış vəziyyətdə qalıb, xəsarət alan 9 sərnişini və vəfat etmiş 2001-ci il təvəllüdlü Abbasova Gülyaz Sərxan qızının, 1946-cı il təvəllüdlü Zərbəliyev Teymur Xanhüseyn oğlunun cəsədlərini çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.

11.09.2017 17:35 / Baxılıb: 181 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo