Rusiyada azərbaycanlı idmançı güllələnib

Rusiyanın Çelyabinsk şəhərində azərbaycanlı idmançı öldürülüb.

Məlumata görə, kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası Ramil Canıyev sentyabrın 8-də yaşadığı evin qarşısında güllələnib.

O, xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, başından güllə yarası almış idmançını xilas etmək mümkün olmayıb.

Rusiya İstintaq Komitəsinin Çelyabinsk üzrə idarəsinin Kurçatov rayonu üzrə istintaq şöbəsinin rəisi İqor Mitroxinin bildirdiyinə görə, hadisəni törətməkdə 26 yaşlı azərbaycanlı Eldəniz Bağırov şübhəli bilinir.

Faktla bağlı “qəsdlə adam öldürmə” maddəsi ilə cinayət işi başladılıb.

Cinayətdə şübhəli bilinən şəxs axtarışa verilib. 

Qətlin motivi hələlik məlum deyil. (apa)

11.09.2017 17:02 / Baxılıb: 32 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2017
    23.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo