Ermənistanda rus hərbçilər arasında kütləvi dava düşüb

Leyla Məhərrəmova/AZADİNFORM. Ermənistanın Gümrü şəhərində bir qrup insan arasında dava düşüb, nəticədə bir nəfər yaralanıb. 

Azadinform Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə yerinə polis əməkdaşları gələrkən 3 nəfər qaçıb, 1 nəfər isə yerdə uzanmış vəziyyətdə tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları əslən rus olan yaralını Gümrü xəstəxanasına aparıb. 

Polis müəyyənləşdirib ki, dava Rusiya vətəndaşları 23 yaşlı Vladislav Krasovskiy, 22 yaşlı Viktor Yudin, 26 yaşlı Nursultan Qizatulayev, Yuri Nikolayev arasında düşüb və sonuncu yaralanıb. 

Qeyd edək ki, Qizatulayev Nikolayevə zərbə endirənlərdən biri olduğunu etiraf edib. Adları çəkilən şəxslərin hamısı Rusiyanın Gümrüdəki 102-ci bazasında dəstə komandiri kimi xidmət göstərir. 

11.09.2017 16:00 / Baxılıb: 108 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo