Kitab bayramı 2017 adlı sərgi-yarmarka keçiriləcək

Ləman Hüseynzadə / AZADİNFORM. Kitabın təbliği, reklamı, yayımı və satışı əsasları ilə fəaliyyət göstərən Respublika Kitabxana Kollektoru cari ildən etibarən qapılarını kitab sevərlərin üzünə açmağı və ünvanını kitabın təbliği ilə tanıtmağı planlaşdırır. 

Mədəniyyət və Turizm Nazirliyindən Azadinform-a verilən məlumata görə, bu məqsədlə 12 sentyabr – 22 sentyabr tarixində Heydər Əliyev parkında (ünvan: Nizami rayonu) yeni dərs ilinin başlanması ilə əlaqədar “Kitab bayramı 2017” adlı sərgi-yarmarka keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Nizami rayon İcra Hakimiyyəti və Respublika Kitabxana Kollektorunun təşkilatçılığı ilə baş tutacaq tədbirin 12 sentyabrda saat 11:00-da gerçəkləşəcək açılış mərasimində respublikanın tanınmış ədəbi, ictimai-siyasi xadimlərinin iştirakı planlaşdırılır. 

Qeyd edək ki, sərgi-yarmarka, açılış günü istisna olmaqla, digər günlərdə saat 09:00-dan 19:00-dək ziyarətçilərini qəbul edəcək.

11.09.2017 15:50 / Baxılıb: 92 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo