Uşaq paralimpiyaçılarımız Vətənə qələbə ilə döndü Foto

Samir Soltanov/AZADİNFORM. Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Komitəsi boççia üzrə Moskvada keçirilən beynəlxalq yarışda 3-cü yeri qazandı. 

Azadinform xəbər verir ki, Azercell Telekom MMC-nin artıq bir neçə ildir ki, yaxın dəstəyi ilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsinin idmançıları ölkəmizi daha bir beynəlxalq yarışda uğurla təmsil etdi. Uşaq paralimpiyaçılarımız  bu dəfə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş boççia  idman növü üzrə beynəlxalq turnirdə güclərini sınadılar. Belə ki, İngiltərə, Rusiya, Polşa, Çexiyadan olan güclü komandaların qatıldığı yarışda Uşaq Paralimpiya Komitəsinin idmançıları turnirin ən azyaşlı iştirakçıları oldu. Dəfələrlə müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edən paralimpiyaçılarımız bu dəfə də uğurla çıxış edərək komanda hesabında 3-cü yerə çıxdılar. 

Qeyd edək ki, Azercell Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyərək yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəsini artırmağa çalışır. Şirkətin sponsorluğu ilə 2014-cü ildən fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi ölkəmizin müxtəlif ərazilərindən uşaq və gəncləri öz ətrafına toplayıb, onlara idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı bəxş edib.

11.09.2017 15:34 / Baxılıb: 49 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
25.11.2017
24.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo