Avtomobildə dərman vasitələri aşkarlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən ölkəyə dərman vasitələrinin keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Volksvagen Passat" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa buferindən hər birində 14 həb olmaqla 50 konvalyut "Nebilet"yazısı olan və hər birində 14 həb olmaqla 207 konvalyut üzərində  "Cytotec" yazısı olan dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

11.09.2017 15:27 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo