DGK dövlət büdcəsinə ödənişlərin həcmini 15% artırıb

Eşqin Nuruşov/AZADİNFORM. Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 280 mln. 128,4 min manat təşkil edib.

Azadinform qurumun açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2016-cı ilin eyni ayı ilə müqayisədə daxilolmalar 36 mln. 038,8 min manat və ya 14,76 çoxdur. Bu ilin iyul ayı ilə müqayisədə isə DGK xətti ilə apreldə dövlət büdcəsinə köçürülən məbləğ 23 mln. 518,0 min manat və ya 9,16% çoxdur.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 65 mln. 310,3 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 202 mln. 150,9 min manat, aksizlər üzrə 8 mln. 556,9 min manat, yol vergisi üzrə isə 4 mln. 110,3 min manat təşkil edib.

11.09.2017 15:20 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo