Bankomatdan oğurluq edən dəstə üzvləri saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri tutulublar.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, ötən gün Sumqayıtın Corat qəsəbəsi ərazisində quraşdırılmış bankomatın qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəhər sakinləri Elnur Tağıyev, İlqar Səfərov və onun qardaşı Tural Baş Cinayət Axtarışı İdarəsi və ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən tutulublar.

11.09.2017 14:37 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo